İqtisadiyyat

  • 5 112

Naxçıvanda əhali etibarlı və fasiləsiz enerji ilə təchiz olunur

image

Son illər muxtar respublikada əhalinin etibarlı və fasiləsiz enerji ilə təchiz edilməsində avadanlıqların yenilənməsi və yeni enerji istehsalı mənbələrinin istifadəyə verilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. Bütün bunlar dövlətimizin enerji sektorunun inkişafına göstərdiyi daimi diqqət və qayğının nəticəsində mümkün olub. SİA xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda məruzə ilə çıxış edən xidmətin rəisi Namiq Paşayev deyib.Vurğulanıb ki, payız-qış mövsümündə elektrik qurğularında baş verə biləcək qəzaların vaxtında aradan qaldırılması üçün qəza-bərpa briqadalarının yaradılması, elektrik qurğularında mövcud qüsurların aşkar edilməsi məqsədilə elektrik xətlərinə və transformator yarımstansiyalarına növbədənkənar baxışların keçirilməsinin təşkili diqqətdə saxlanılmalıdır. Həmçinin elektrik enerjisi itkisinin minimum həddə saxlanması üçün görülən tədbirlər davam etdirilməli, ifrat gərginlikdən mühafizə qurğularının sazlığı yoxlanılmalı və yenilənməli, artıq yüklənmiş güc transformatorları daha güclüləri ilə əvəz edilməlidir.Xidmət rəisi diqqətə çatdırıb ki, muxtar respublikada bütün işlədicilərin istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulub, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin olunub. Naxçıvan şəhəri, Babək qəsəbəsi və Şərur şəhərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri davam etdirilir. Hazırda bu tip sayğacların sayı 24 min 437 ədədə çatıb. Naxçıvan Muxtar Respublikası üzrə quraşdırılan bütün növ elektrik sayğaclarının sayı isə cari il avqustun 31-dək olan tarixə 93 min 675 ədəd təşkil edib.Qeyd olunub ki, energetiklər bundan sonra da öz fəaliyyətlərini muxtar respublika rəhbərinin tələbləri və tapşırıqları əsasında quraraq əhalini etibarlı enerji ilə təchiz etməyə çalışacaqlar.Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

sia.az

Digər xəbərlər