İqtisadiyyat

  • 5 710

Avqustda Azərbaycandan Türkiyəyə neçə min turist səfər edib?

image

2019-cu ilin avqust ayında Azərbaycandan Türkiyəyə 150,8 min turist səfər edib. Trend-in məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,36 faiz çoxdur. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 2,39 faiz olduğunu açıqlayıb.2019-cu ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə 630,6 min turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 6,44 faiz çoxdur.Həmin dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 2,03 faiz təşkil edib. Ümumilikdə isə bu ilin avqust ayında Türkiyəyə 6,307 milyon turist səfər edib. Bu rəqəm ötən ilin avqustu ilə müqayisədə 17,17 faiz çoxdur. Avqust ayında Antalyaya 2,4 milyon, İstanbula isə 1,5 milyon turist səfər edib. 2019-cu ilin yanvar-avqust aylarında Türkiyəyə ümumilikdə 31 milyon turist səfər edib ki, bu rəqəm ötən ilin eyni dövrü üzrə göstəricidən 14,72 faiz çoxdur.

sia.az

Digər xəbərlər