İqtisadiyyat

  • 5 547

"Yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar davamlı prosesdir" ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycan Respublikasında oktyabrın 1-dən pensiyanın minimum məbləğinin 200 manata çatdırılması ilə bu qərarın hədəf dairəsi 660 min nəfər pensiyaçını əhatə edəcək". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib."Beləliklə də dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur ki, bu da öz növbəsində əhalininn ən həssas təbəqələrindən olan xeyli böyük bir sosial toplumun yaşayışına dövlətin qayğısının təzahürüdür.Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilmiş olur ki, bununla da, ölkəmiz minimum pensiyanın alıcılıq qabiliyyəti baxımından MDB məkanında ilk yeri tutmuş qazanmış olur.Beləliklə, birmənalı olaraq demək olar ki, hər zaman insanlarımızın, xüsusilə pensiya alan vətəndaşlarımızın sosial təminat məsələsi dövlət başçımızın ən çox diqqət yetirdiyi məsələlərdəndir və bu kateqoriyadan olan insanların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar davamlı prosesdir. Dövlətin xüsusi qayğısının növbəti nümunəsi kimi minimum pensiya məbləğinin artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm addımdır"-deyə, İ.Orucov fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər