Özbəkistanın Əndican şəhərində birinci Beynəlxalq İnvestisiya Forumu keçirilib.SİA xəbər verir ki, foruma dünyanın 30 dövlətindən 400-dən artıq investor qatılıb.Forumda Azərbaycanın Özbəkistandakı səfirliyinin attaşesi Elnur Hüseynov da iştirak edib.Özbəkistan Baş nazirinin müavini Elyor Qəniyev bildirib ki, Əndican vilayəti Özbəkistanın səfalı guşələrindən biridir. O deyib ki, son vaxtlar Əndican vilayətinə sərmayə qoyan ölkələrin sayı artır. Hindistanın Qucarat ştatı Əndican vilayətinin iqtisadiyyatının müxtəlif sahələrinə 250 milyon dollar sərmayə qoyur.Əndican vilayətinin hakimi Şuxrat Abduraxmanov investorlara münbit şərait yaradıldığını bildirib. Hakim vilayətə sərmayə qoyan ölkələrin arasında Azərbaycanın da adını çəkilib. O deyib ki, Azərbaycanın “Estes Bakı” Şirkətinin burada yaratdığı “Estes Andican” Şirkəti Xanabad şəhərinin səfalı guşəsində 85 hektar torpaq sahəsi götürüb və burada 1200 komfortlu kottec tikir. Şirkət bu işə 30 milyon dollar sərmayə qoyub.Sonra qonaqlar Əndican şəhərində Hindistanın Şarda Universitetinin filialının açılışında, həmçinin Kodilla Əczaçılıq zavodunun təməlqoyma mərasimində iştirak edib, Xanabad şəhərində olublar.
sia.az
Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...
Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...
Kreml artan yükün öhdəsindən gələ bilmir...
Səudiyyə Ərəbistanı neft qiymətlərini dəyişdirdi. Brent markalı xam neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, ucuzlaşıb...