İqtisadiyyat

  • 5 285

Qida təhlükəsizliyi üçün yaradılan laboratoriya şəraiti çox gözəldir - BMT nümayəndəsi

image

Azərbaycanda qida təhlükəsizliyi üçün yaradılan laboratoriya şəraiti çox gözəldir. SİA-nın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı nümayəndəsi Qulam İsaqzai Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən infoturda deyib.O bildirib ki, AQTİ-də qurulan laboratoriya dünyanın ən qabaqcıl laboratoriyasıdır: "Hesab edirəm ki, burada yaradılan şərait Azərbaycan vətəndaşlarının sağlamlığına töhfə vermək üçün qurulub və bura bu günə qədər gördüyüm ən yaxşı laboratoriyadır. BMT təşkilatı olaraq biz burada görülən işlərə daim dəstək verəcəyik".Q.İsaqzai qeyd edib ki, bu laboratoriyanın yaradılması Azərbaycan üçün böyük önəm kəsb edir: "Ölkənin sosial-iqtisadi inkişafı baxımından, bu laboratoriyanın yaradılması və eyni zamanda, qida təhlükəsizliyinin olması böyük əhəmiyyət daşıyır".

sia.az

Digər xəbərlər