Aqrar sahə bu il də ötən ildə olduğu kimi inkişaf edir, fermerlərimiz bütün sahələrdə - taxılçılıq, pambıqçılıq, tütünçülük və digər sahələrdə uğurlu nəticələr qazanıblar. Hesab edirəm ki, dövlətimizin bu sahəyə göstərdiyi qayğı və Prezidentimizin tapşırıqları nəticəsində fermerlərimiz tərəfindən gələn il aqrar sektorda daha böyük uğurlar əldə olunacaq. SİA xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı naziri İnam Kərimov 1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlərə açıqlamasında deyib.İnam Kərimov bildirib ki, kənd təsərrüfatına, fermerlərə dövlət tərəfindən hərtərəfli qayğı və dəstək göstərilir. Hər il noyabrın 1-nin kənd təsərrüfatı işçilərinin peşə bayramı kimi qeyd edilməsi də dövlət tərəfindən bu sahəyə göstərilən qayğının bir təzahürdür.Nazir subsidiyaların elektronlaşdırılmasından danışarkən qeyd edib ki, subsidiyaların verilməsi, qeydiyyata alınması Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə reallaşacaq. Hazırda fermerlər elektron kənd təsərrüfatı sistemindən qeydiyyatdan keçib və subsidiyalar gələn ildən ancaq elektron qaydada veriləcək.
sia.az
Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...
Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...
Kreml artan yükün öhdəsindən gələ bilmir...
Səudiyyə Ərəbistanı neft qiymətlərini dəyişdirdi. Brent markalı xam neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, ucuzlaşıb...