"Əslində ABŞ geosiyasi qüdrəti onun bilavasitə hərbi və iqtisadi amillərlə bağlıdır: İngilis tədqiqatçısı, Kil Universitetinin professoru Bülent Gokay yazır ki, ABŞ-ın xarici siyasətinin təyin edilməsində ümumdünya valyutası rolunu oynayan dollar mühüm əhəmiyyət kəsb edir. Bu isə Amerikanın enerji məsələlərinə niyə xüsusi diqqət yetirdiyini qismən izah edir. Dünyada bütün neft transaksiyalarının dollar ilə həyata keçirildiyi məlumdur. Bu o deməkdir ki, Amerika mərkəzi bankı sadəcə pul kəsməklə neft ala bilər. Halbuki digər ölkələr bunun üçün istehsal sayəsində əldə etdikləri qazancın bir hissəsini xərcləməyə məcburdurlar. Çünki, onlar istehsal məhsullarını daha çox dollar əldə etmək üçün satırlar. Bu isə öz növbəsində dollara olan tələbatı artırır, məcburi şəkildə inamı gücləndirir və Amerikanın istehlak tələbatının ödənilməsinə kömək edir". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.Politoloqun sözlərinə görə, ABŞ eyni zamanda qaz resurslarına, onların ixrac marşrutlarına da xüsusi maraqla yanaşır: "Emmanuel Todd qeyd edir ki, "ABŞ-ın strateji marağı bundan sonra dünya resurslarını siyasi nəzarətdə saxlamaqdır”. Demokratik dəyərlərin qorunması isə sadəcə bir vasitəyə çevrilir.Eyni zamanda dünya ölkələrinin mərkəzi bankları, neft fondları, suveren ehtiyat fondları öz valyuta ehtiyatlarını daha çox dollarla saxlayırlar. Xarici ölkələrdə yığılan dollar ehtiyatı da Amerikaya xeyir gətirir. Nobel mükafatı laureatı, iqtisadtçı Jozef Stiqlitz yazır ki, həmin valyutanı qazanc üçün ABŞ mərkəzi bankının səhmlərinə 4% gəlirlə yatıran ölkələr sonradan həmin dolları daha böyük faizlə kreditə götürürlər. Bu da Amerikanın dünya iqtisadiyyatında tutduğu yeri və rolu göstərməklə yanaşı ona hərbi sahədə xərcləri təmin etməyə və geosiyasi maraqlarını qorumağa imkan verir.Tanınmış ekspert Bülent Gokay haqlı olaraq sual verir ki, ABŞ-ın İraqa hərbi müdaxiləsi məhz Bağdadın 6 noyabr 2000-ci il tarixində neft transaksiyalarını dollar ilə deyil, məhz avro ilə edəcəyini elan etməsi ilə bağlıdır.Ümumiyyətlə, son 40-50 ildə özünün yaratdığı terrorçu qrupların köməyi ilə bəyənmədiyi ölkələrdəki daxili prosesləri şiddətləndirən, enerji resursları ilə zəngin olan dövlətləri manipulyasiya edən Ağ ev Vaşinqtonda oturan və dünyanı idarə edən maliyə qruplarının diqtəsini altında siyasət yürütməkdədir. Həmin qrupların Taliblərdən tutmuş İşid döyüşçüləri, PYD –YPG dən tutmuş Cənub Şərqi Asiyadakı terror qruplaşmalarına qədər təsir imkanları dünya mediasında tez – tez gündəmdə olmaqdadır".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...