İqtisadiyyat

  • 4 535

DSX əməkdaşları Xəzərdə köməksiz qalan İran və Rusiya gəmiçilərini xilas edib

image

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Xəzər dənizinə çıxan üzmə va¬si¬tələrinə nəzarətin təşkili və xilasetmə təd¬¬birlərinin həyata keçirilməsi tədbirləri davam etdirilir.DSX-dən SİA-ya verilən məlumata görə, 01 dekabr 2019-cu il tarixində saat 17:50 radələrində İran İslam Res¬¬publikasına məxsus Hövsan rey¬din¬də olan “Paya” quru yük gəmisinin 4 nəfər heyət üzvü – İİR vətəndaşları 1976-cı il təvəllüdlü Ab¬ditazehabadi Omid Hossein, 1991-ci il təvəllüdlü Darzırekavandı Reza Soleyman, 1987-ci il təvəllüdlü Mosleh Vahid Ghafar, 1991-ci il təvəl¬lüdlü Zarın Abkenar Alinin hərarətlərinin yüksək olması ilə əla¬qədar öz¬lərini pis hiss etmələri haqqında məlumat daxil olub. Dövlət Sər¬həd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən limanın rəhbərliyi ilə birgə bununla əlaqədar təxi¬rəsalınmaz tədbirlər görülüb və onların Musa Nağıyev adına təcili tib¬bi yardım xəstəxanasına təxliyə edilmələri təşkil olunub.Həmin gün saat 18:25 radələrində Dövlət Dəniz Agentliyinin Milli Mər¬kə¬zin¬dən Dövlət Sərhəd Xidmətinin Sahil Mü¬ha¬fi¬zə¬sinin Baş Komanda-Nəzarət Mərkəzinə Rusiya Federasiyasının bayrağı altında üzən, Türkan rey¬din¬də hərəkətdə olan “Omskiy-136” quru-yük gəmisinin heyət üzvü 1980-ci il təvəllüdlü matros Zubankov Efim Vladimiroviçin səhhətinin yüksək təzyiqlə bağlı kəskin pisləşməsi ilə əlaqədar köməklik göstəril¬məsi barədə məlumat daxil olub. Xəstənin tibbi təxliyəsi üçün təxirə¬salınmaz tədbirlər görülüb, növbətçi sərhəd gözətçi gəminin qayığı tərəfindən Hövsan limanına çıxarılaraq tibb müəssisəsinə yerləşdirilməsi təşkil olunub.

sia.az

Digər xəbərlər