“Azərbaycan hələ Sovet İttifaqı dönəmində Ümummili lider Heydər Əliyevin böyük səyləri nəticəsində pambıqçılıq sayəsində böyük nailiyyətləri ilə tanınıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdəki fəaliyyəti ölkəmizi ən qabaqcıl yerlərə ucaldıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Sovet dönəmində uğur qazanan, qabaqcıl olan respublikaların keçici qırımızı bayraqla təltif olunduğunu xatırladan deputat söyləyib ki, Azərbaycan o dövrdə 5 il davamlı olaraq SSRİ rəhbərliyindən həmin bayrağı alıb: “Həmin dövrdə ölkəmizdə kənd təsərrüfatının bütün sahələri, xüsusilə də pambıqçılıq, üzümçülük sahəsində böyük nəticələr əldə olunub”.E. Məmmədov söyləyib ki, əldə olunan uğurlar nətcəsində həmin dövrdə bu sahədə məşğul olan çoxlu sayda şəxs orden, medallarla təltif olunublar.O bildirib ki, son 16 ildə ölkəmizdə Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına göstərdiyi qayğı və diqqət, qarşıya qoyulan tələblər nəticəsində sevindirici nailiyyətlər əldə olunub: “Ötən gün dövlət başçısının rəhbərliyi ilə pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədə səslənən rəqəmlər bu sahənin inkişafı ilə bağlı atılan addımların öz səmərəsini verdiyini göstərir”.Deputat söyləyib ki, qazanılan nailiyyətlər həm kənd təsərrüfatı ilə məşğul olan şəxslərin maddi durumunun yaxşılaşmasına, həm də məşğulluğun artırılmasına müsbət təsir göstərir: “Bir neçə il bundan öncə dövlət başçısının qarşıya qoyduğu əsas məqsədlərdən biri ölkəmizin şaxələndirilmiş iqtisadiyyatla inkişaf etidirilməsi idi. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, Azərbaycan təkcə neft-qaz sahəsi ilə kifayətlənməməli, ölkədə kənd təsərrüfatı sahəsi inkişaf etdirilməlidir. Bu məqsədlərə çatmaq üçün dövlət tərəfindən verilən subsidiyaların, yaradılan şəraitin bəhrəsi artıq pambıqçıq, üzümçülük sahəsində özünü göstərir”.E. Məmmədov qeyd edib ki, bu gün ölkəmizdə üzümçülük, pambıqçılıq, heyvandarlıq sahəsində mühüm uğurlar əldə olunub: “ Lakin bu uğurlarla kifayətlənməməli, dövlət başçısının da qeyd etdiyi kimi bu sahələrin inkişafını daha da genişləndirməliyik. Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün görüləcək çox işlər var”.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...