PDF Oxu

İqtisadiyyat

  • 6 403

"2019-cu il Azərbaycan xalqı üçün düşərli olub" ÖZƏL-MÜNASİBƏT

"2019-cu il Azərbaycan xalqı üçün düşərli olub" ÖZƏL-MÜNASİBƏT

"2019-cu il Azərbaycan xalqı üçün düşərli il olub". Bunu SİA-ya siyasi şərhçi Arzu Nağıyev deyib."Əgər biz bunu müəyyən mərhələlərə bölsək, istər iqtisadi, siyasi, istərsə də hərbi, mədəni problemlərin həllində çox müsbət addımlar olub. Məlumdur ki, iqtisadi cəhətdən ən böyük meqa layihələrin Azərbaycan iştirakçısı olmaqla bərabər, eyni zamanda həmin layihələri həyata keçirməyə nail oldu. Bu istər TANAP-la, TAP-la, istərsə də Ələtdə həyata keçirilən Şimal-Cənub Dəhlizi ilə bağlıdır. Yəni böyük meqa layihələrdə Azərbaycanın iştirakı bir daha öz təsdiqini tapdı. “Əsrin Müqaviləsi”nin vaxtının artırılması prosesi də çox müsbət bir hal kimi dəyərlənməlidir. Digər məsələ iqtisadi islahatlarla bağlı həll olunan məsələlərdir. Deyərdim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin layihəsi olan “ASAN” Xidmətin Azərbaycanın daha çox regionlarını əhatə etməsi məsələsi də çox mühüm məsələ kimi yadda qaldı. Sosial məsələlərdə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi Heydər Əliyev Fondu vasitəsilə digər istiqamətdə olan layihələr də doğurdan da təqdirəlayiq layihələrdir. Bildiyiniz kimi paralel olaraq həm icra orqanlarında, eyni zamanda qanunverici orqanlarında reformaların, islahatların aparılması, bələdiyyə seçkilərinin keçirilməsi, parlamentin buraxılması məsələsi yaddaqalan məsələlərdən idi. Azərbaycanın dünyada nüfuzunun artması, reytinqə görə dünyada 50-ci dövlətin olması da atılan diplomatik və siyasi addımlarla yaddaqalan oldu.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli çox təəssüf ki, yenə də deklorativ bəyanatlarla yadda qaldı. Burada da ermənilərin özünü destruktiv aparması məsələsi əsas problemə çevrildi. Lakin Azərbaycan müharibənin tək səngərdə getməməsi prinsipindən istifadə edərək bu problemlərlə bağlı istər diplomatik sahədə, istərsə də hümanitar addımlarda demək olar ki, ermənilərlə bağlı hər hansı məsələdə bir qalib kimi çıxdı. Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan ərazi bütövlüyünü birmənalı şəkildə üstün tutması, ondan sonra isə substantiv danışıqların aparılması məsələsində Azərbaycan tərəfi irəli getdi. Bu gün bütün dünya Azərbaycanın haqq işinin nədən ibarət olduğunu da qəbul edir”-deyə, politoloq fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər