Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər taxıl səpinini başa çatdırıblar.Laçın Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Taxtakörpü ərazisində 1553 hektarda payız şumu qaldırılıb. 1170,9 hektarda arpa, 117,5 hektarda buğda, həmçinin 264,5 hektarda təzə yonca səpini həyata keçirilib.Qeyd edək ki, Ağcabədi rayonu ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Məcburi köçkünlər ötən ilin payızında səpilən 1100,5 hektar taxıl sahəsindən bu il 2557 ton məhsul götürüblər.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...