PDF Oxu

İqtisadiyyat

  • 6 706

İmişlidə payızlıq taxıl əkini başa çatıb

İmişlidə payızlıq taxıl əkini başa çatıb

İmişlidə taxılçılıq əsas təsərrüfat sahələrindəndir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiya verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını artırır. İndi rayonda yüzlərlə fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və taxıl istehsalı ilbəil artır.Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il 19 min 37 hektar taxıl sahəsindən ümumilikdə 70 min 821 ton məhsul götürən fermerlər bu göstəricini növbəti təsərrüfat ilində daha da artırmaq üçün səpinə vaxtında başlayıblar. Fermerlər qısa müddətdə 18 min 51.8 hektar sahəyə toxum səpərək payızlıq taxıl əkinini başa çatdırıblar. Səpin aparılmış sahənin 7 min 62 hektarı arpa, 10 min 89.8 hektarını isə buğda sahəsi təşkil edir. Əkinçilər, həmçinin 205 hektar sahədə yaşıl yem üçün xəsil və 1408 hektarda isə yonca əkiblər.Torpaq mülkiyyətçiləri əkin zamanı “Aqrolizinq” ASC-nin texnikalarından istifadə ediblər.
AZƏRTAC

Digər xəbərlər