PDF Oxu

İqtisadiyyat

  • 7 830

Dünya Bankı 2020-ci ildə qlobal iqtisadi artımı gözləyir

image

Dünya iqtisadiyyətinin artma templərinin cuzi olaraq 2019-cu ilin 2,4 faizindən 2020-ci ildə 2,5 , 2021-ci ildə 2,6 , 2022-ci ildə isə 2,7 faizə qalxması gözlənilir.

Trend-in məlumatına görə, bu barədə Dünya Bankının (WB) "Dünya iqtisadiyyatının inkişafı perspektivləri" adlı yanvar hesabatında deyilir. Bu il sənəd "İqtisadi artımın aşağı templəri, siyasi problemlər" adlanır.
Hesabatın müəllifləri qeyd edir: "2020-ci ildə dünya iqtisadiyyatının artımı ötənilki azalmadan sonra investisiya və ticarətin tədricən bərpası fonunda bir qədər sürətlənəcək və 2,5 faizə çatacaq, lakin bu göstəricilərin azalması riskləri qalmaqdadır".
Eyni zamanda, Dünya Bankı, 2020-ci və 2021-ci illərdə dünya ÜDM-in artım proqnozunu iyun ayı proqnozu ilə müqayisədə (2020-ci ildə 2.7%, 2021-ci ildə 2.8%) 0.2 faiz daha az olmasını bildirməkdədir.
Dünya Bankı ABŞ-ın iqtisadi artımının 1,8 faizə, Avrozonada isə 1 faizə qədər azalacağını proqnozlaşdırır.
Gözlənilir ki, ümumilikdə, inkişaf etmiş ölkələrdə bu göstəricilər 2019-cu ilin 1.6 faizindən 2020-ci ildə 1,4 faizə düşəcək.
Buna rəğmən, inkişafda olan ölkələrdə iqtisadi artım 2019-cu ilin 3,5 faizindən 2020-ci ildə 4,1 faizinə qalxacaq. Lakin bunun yaxın keşmişdə iqtisadı göstəricilərində azalma müşayət edilən bir sıra böyük dövlətlərdə baş verəcəyi gözlənilir.

yap.org.az

Digər xəbərlər

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?

İqtisadçı: Rusiyanın altı ayı qalıb...

Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...

Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...

Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...