PDF Oxu

İqtisadiyyat

  • 9 156

"Könüllülük hərəkatında gənclər daha çox iştirak edirlər" ÖZƏL-MÜNASİBƏT

"Könüllülük hərəkatında gənclər daha çox iştirak edirlər" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə könüllülük hərəkatı bütün dünyada geniş yayılmış hərəkatlardan biridir. Bu hərəkatda iştirak üçün yaş, ixtisas və yaxud da hansısa sahədə çalışmasının fərqi yoxdur. Kifayətdir ki, insan hər hansı bir sahə üzrə öz istəyindən irəli gələrək cəmiyyətin faydası üçün bir fəaliyyətlə məşğul olmağa üstünlük versin. Bununla belə bu fəaliyyətdə gənclər daha çox iştirak edirlər. Tələbələr, müəyyən bir ixtisas qazanan gənclər və yaxud da sərbəst vaxtı olan gənclər könüllülük hərəkatında geniş iştirak edirlər". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.Deputatın sözlərinə görə, könüllülük cəmiyyətin müxtəlif sahələrində (dövlət tədbirlərinin keçirilməsində, hər hansı bir sahənin inkişafında, idman yarışlarının keçirilməsində və s.) ola bilər: "Eyni zamanda təcrübə toplamaq üçün ayrı-ayrı sahələrdə həmin sahənin fəaliyyəti ilə bağlı könüllü şəkildə iştirak edənlər də var. Azərbaycanda könüllülük "ASAN Xidmət"də, beynəlxalq idman tədbirlərinin keçirilməsində daha çox yayılıb. Bununla belə son dövrlərdə aqrar inkişaf könüllüləri, Regional İnkişaf İctimai Birliyinin ayrı-ayrı regionlar üzrə könüllülər hərəkatı və eyni zamanda daşınmaz əmlakın qeydiyyatı üzrə məkan strukturunda da könüllülər geniş yayılıb. Könüllülər təcrübə toplayırlar, özlərinin potensialını yoxlayırlar və gələcək həyata hazırlayırlar. Həmçinin könüllülük hərəkatı ayrı-ayrı sahələrin perspektivliyini, onun inkişafına cəmiyyətin maraq göstərdiyini də bir daha nümayiş etdirir. 2020-ci ilin "Könüllülər ili" elan edilməsi bu hərəkatın daha geniş yayılmasına, bu hərəkatın daha çox insanın cəlb edilməsinə gətirib çıxaracaq".

sia.az

Digər xəbərlər

Bloomberg: Kreml gözlənilməz bir problemlə üzləşir...
Bloomberg: Kreml gözlənilməz bir problemlə üzləşir...

ABŞ-ın ikinci dərəcəli sanksiyaları səbəbindən...

Ukraynadan gələn yeni hücumlardan sonra Rusiyada benzin tükənir
Ukraynadan gələn yeni hücumlardan sonra Rusiyada benzin tükənir

... Çətinlik Rusiya Federasiyasının ən azı yeddi bölgəsinə təsir edib...

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir
Rusiya bankları maliyyə “bombası”nın üzərindədir

Maliyyə köpüyü partlaya bilər və bu da ölkədə böyük bir böhrana səbəb ola bilər...

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır
Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır

Pekin fundamental iqtisadi problemlərinin səbəblərini səhv şərh edir...

Bazar 60 faiz kiçilib
Bazar 60 faiz kiçilib

İşlənmiş dizel mühərriklərinin Rusiyaya idxalı səmərəsizdir...