Sahibkarlığın kompetensiyalarının gücləndirilməsi, o cümlədən xarici bazarlarda rəqabətədavamlı məhsuldar fəaliyyət göstərməsi üçün zəruri addımlar da planlaşdırırıq. Çünki təcrübə onu göstərir ki, bir çox hallarda keyfiyyətli mal və məhsula malik olduğumuz halda da xarici bazarlara çıxışda bəzən özəl sektorda bilik, bacarıq çatışmır və dövlət tərəfindən bununla bağlı zəruri dəstək mexanizmləri hazırlanıb təklif olunacaq.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.
“Sizin xüsusi tapşırığınız kiçik və orta sahibkarlığın inkişafı ilə bağlıdır. Bunun yolunu biz qeyd etdiyimiz klasterlərin və dövlət mexanizmlərinin istifadə edilməsi ilə məhz kiçik və orta sahibkarlığın, xüsusi olaraq qadın və gənclər sahibkarlığının dəstəklənməsi alətlərində görürük. Həmçinin dövlətin Azərbaycanda böyük iqtisadiyyatda rolunu nəzərə alaraq dövlət satınalmalarında fəal iştirakın təşviq olunması, bunun üçün satınalmanın şəffaflığının daha da artırılmasını qarşımızda əsas məqsəd və vəzifə kimi görürük”, - deyə nazir qeyd edib.
yap.org.az
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?
Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...
Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...
Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...
Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...