2,1 faiz çox sənaye məhsulu istehsal edilib DSK

Azərbaycanın sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar ayında 4,2 mlrd. manatlıq və ya 2019-cu ilin müvafiq ayı ilə müqayisədə 2,1% çox sənaye məhsulu istehsal edilib. SİA xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,6% artıb.Məlumata görə, sənaye məhsulunun 68,4% mədənçıxarma sektorunda, 26,4% emal sektorunda, 4,6% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.Mədənçıxarma sektorunda neft hasilatı 3,8 % azalıb, əmtəəlik qaz hasilatı isə 21,1% artıb.Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,2 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 89,8%, ağacın emalı və ağacdan məmulatların istehsalı 82,8%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 72,8%, geyim istehsalı 70,1%, hazır metal məmulatlarının istehsalı 63,9%, əczaçılıq məhsullarının istehsalı 60%, mebel istehsalı 53,3%, içkilərin istehsalı 40,8%, kimya sənayesi məhsullarının istehsalı 40,5%, metallurgiya sənayesi məhsullarının istehsalı 38,8%, tikinti materiallarının istehsalı 35,%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,7%, neft məhsullarının istehsalı 21,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,5%, tütün məmulatlarının istehsalı 1,6%, qida məhsullarının istehsalı 1,1% artmış, toxuculuq sənayesi məhsullarının istehsalı 1,4 faiz, kağız və karton istehsalı 9,1%, poliqrafiya məhsullarının istehsalı 30,3%, elektrik avadanlıqlarının istehsalı 33,3%, maşın və avadanlıqların istehsalı 44%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 59,7% azalıb.Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1% artıb.

sia.az