PDF Oxu

İqtisadiyyat

  • 5 989

Ötən ay ümumi daxili məhsul istehsalı artıb

image

Yanvarda ölkədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 6 milyard 520,2 milyon manat təşkil edib və əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 4,9 faiz artıb, neft-qaz sektorunda isə 0,7 faiz azalıb. ÜDM istehsalının 44,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 19 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 655,3 manata bərabər olub.

yap.org.az

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...