PDF Oxu

İqtisadiyyat

  • 6 581

Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır

image

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qarölçmə işlərinin aparılmasına başlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, hazırda ekspedisiya üzvləri tərəfindən qarölçmə işləri Balakən-Zaqatala, Qax-Şəki, Oğuz-Qəbələ, Quba-Qusar, Daşkəsən-Gədəbəy-Göygöl istiqamətlərində 23 marşrut üzrə 4 qrup tərəfindən həyata keçirilir, qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı və sululuğu təyin olunur.Qeyd edək ki, qar suları yaz-yay gursululuq dövründə respublikanın əksər çaylarının həm səth, həm də yeraltı qida mənbələrini formalaşdırır.Buna görə respublikanın Şəmkir, Mingəçevir, Araz və s. su anbarlarında gözlənilən sululuğa uyğun tənzimləmə işlərinin aparılması üçün gursululuq axımı proqnozu tərtib edilir.Bu növ proqnozlar müvafiq təşkilatlar tərəfindən sudan istifadənin düzgün planlaşdırılması məqsədilə digər çaylar üçün də tərtib edilir.

sia.az

Digər xəbərlər

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?

İqtisadçı: Rusiyanın altı ayı qalıb...

Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...

Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...

Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...