“Koronavirusun dünya iqtisadiyyatına təsirləri fərqli bazarda özünü göstərməkdədir. Belə ki, koronavirus qlobal iqtisadi artım tempinin azalmasına və eyni zamanda neftə olan tələbin azalmasına gətirib çıxarır. Nəzərə alsaq ki, yalnız turizm sektoruna 2020-ci ildə koronavirusun vura biləcəyi zərər 22 milyard dollar həcmində qiymətləndirilir” bunu SİA-ya açıqlamasında iqtisadi ekspert Vüqar Bayramov deyib.O, bildirib ki, eyni zamanda qlobal iqtisadi artım tempində birjalarda azalmalar 5 trilyon dollara yaxın qeydə alınıb ki, bu da öz növbəsində investorların koronavirusun coğrafi genişlənməsindən üzləşdiyi zərələrdir: “Xüsusən nəzərə alsaq ki, Çin və bir sıra inkişaf etmiş ölkələr ən çox neft idxal edən ölkələrdir və təbii ki, onlarda koronavirusun daha geniş miqyasda yayılması neftə olan tələbin azalmasına gətirib çıxarır. Avropada İtaliya inkişaf etmiş ölkə olaraq ən çox neft idxal edən ölkələrdən biri kimi qiymətləndirilib. OPEC+ un mart ayına planlaşdırılan görüşü hələlik neft bazarına təsir göstərmir. Nəzərə alsaq ki, koronavirus tapıldıqdan sonra brend markalı neftin bir barelinin qiyməti 65 dollardan 50 dollara qədər azalıb ki, burada söhbət hər barelde 15 dollarlıq ucuzlaşmadan gedir”.Ekspert qeyd edib ki, OPEC+ un fiziki baxımdan görüşməsi sual altındadır: “Çünki nəticə etibarı ilə koronavirus səbəbindən artıq bir sıra tədbirlər təxirə salınıb və səfərlər ləğv olunub. Bu da təbii ki, OPEC+ a üzv olan ölkələrin üz-üzə görüşmə imkanlarının məhdud olması anlamına gəlir. Hətta görüş baş tutsa belə OPEC+ da Rusiya və Səudiyyə Ərəbistanı arasında fikir ayrılığı var. Belə ki, Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasında maraqlıdır. Lakin Rusiya mövcud hasilatı saxlamaq niyyətindədir. Bu baxımdan OPEC+ arasındakı fikir ayrılığı nəticədə neftin dünya bazarında qiymətinə təsir göstərəcəkdir”.Sonda isə V.Bayramov vurğulayıb ki, bütövlükdə yaxın zamanlar üçün neftin dünya bazarı qiymətində kəskin artımlar proqnozlaşdırılır: “Güman olunur ki, mart ayında da koronavirusun neft bazarına təsirləri hiss ediləcək və eyni zamanda neftə olan tələbin azalması da neftin dünya bazarı qiymətinə birbaşa təsir göstərəcək. Bu baxımdan əgər OPEC+ bir araya gələrsə və razılıq əldə edilərsə bu qiymətlərin stabilləşməsinə gətirib çıxara bilər. Amma hələki qiymətlərdə hiss edilən artımların olacağı gözlənilən deyil. Çünki dünya iqtisadiyyatında faiz etibarı ilə azalma tempi davam edir. Bu da təbii ki, yaxın zamanlarda neftə olan tələbin artacağına imkan yaratmır”.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...