İqtisadiyyat

  • 7 964

OPEC + Vyanada neftin ucuzlaşmasını müzakirə edəcək

image

Bu gün Vyanada OPEK + sazişinin taleyi, eləcə də koronavirusun yayılması nəticəsində neftin qiymətinin ucuzlaşması, dünyada neftə olan tələbatın azalması ilə bağlı bir sıra görüşlərə start veriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, alyans neftlə bağlı vəziyyəti sabitləşdirmək üçün qərar qəbul edəcək.Keçirilən görüşlərdə ənənəyə uyğun olaraq ilk növbədə OPEK+ Nazirlər Montorinqi toplaşaraq Vyana sazişi ilə bağlı tövsiyələrini verəcək, martın 5-də görüşlərinin nəticələri OPEK ölkələri tərəfindən təhlil ediləcək və yalnız 6 mart tarixində qarşıya qoyulan məqsələ bağlı qəti qərar veriləcək.Budəfəki formatda edilən dəyişiklik görüşlərdə iştirak edəcək nümayəndələrinin sayındakı azlıqdır. Belə ki, Alyans koronavirusa görə iclaslarda jurnalistlərin iştirakına məhdudiyyət qoyub.

sia.az

Digər xəbərlər