İqtisadiyyat

  • 7 774

"Azərbaycan Cənub Dəhlizinin gələcəyini təyin edən əsas iştirakçıya çevrilib" RƏY-ÖZƏL

image

“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi məsələlərini daim diqqətdə saxlayır. Məhz bunun nəticəsidir ki, hər il Bakıda ənənəvi olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası təşkil edilir”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızı deyib.O bildirib ki, təqribən 40 milyard dollar investisiya ilə həyata keçirilən Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır: “Bu boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər. Beləliklə də, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən Azərbaycan növbəti - Xəzər dənizi ilə Adriatik dənizinin boru kəmərləri ilə birləşdirilməsi hədəfinin astanasındadır. Bu boru kəmərləri zənciri Azərbaycan təbii qazını Türkiyəyə və həmin ölkədən də Avropaya çatdırmaqla nəinki regionun, eləcə də qitənin enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə öz töhfəsini verəcək”.Deputat söyləyib ki, əgər əvvəllər Azərbaycan bu layihənin reallaşdırılması istiqamətində bir vasitəçi ölkə kimi görünürdüsə, hazırda Cənub Dəhlizinin formasını və gələcəyini təyin edən əsas iştirakçıya çevrilib: “Avropanın enerji təhlükəsizliyində fəal iştirakı, ölkəmizin qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərib. Əsas infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi təkcə regionumuz üçün deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir. Ölkə başçısının da qeyd etdiyi kimi, layihə üzrə yekun tamamlanma işlərinin bu ilin sonunadək olacağına baxmayaraq, Cənub Qaz Dəhlizini artıq tamamlanmış layihə hesab edə bilərik”.

sia.az

Digər xəbərlər