İqtisadiyyat

  • 7 997

Cənub bölgəsinin çay plantasiyalarında budama işləri aparılır

image

Çay bitkisi ötən əsrin otuzuncu illərindən başlayaraq əsasən ölkəmizin cənub bölgəsində-Astara, Lənkəran və Masallı rayonlarında becərilib. Uzun müddət tənəzzül dövrünü yaşayan çayçılıq Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra dövlət qayğısı və dəstəyi ilə yenidən inkişaf etdirilir.Hazırda cənub bölgəsində 1200 hektara yaxın çay sahəsi mövcuddur. Bunun 715 hektarı Lənkəranın, 273 hektarı Astaranın payına düşür.SİA xəbər verir ki, fevral ayının ikinci yarısından başlayaraq çay plantasiyalarında budama işləri aparılır. Budama aqrotexniki qulluğun ilk mərhələsi hesab olunur. Bununla da yeni yarpaqların inkişafı sürətlənir, nəticədə bol məhsul yetişir.Bölgənin ən böyük çayçılıq təsərrüfatlarından olan “Astaraçay” MMC-nin mövcud 450 ha çay sahələrində də budama işləri davam etdirilir. Çaybecərənlər aqrotexniki qulluğu vaxtında həyata keçirməklə bu il daha yüksək məhsuldarlığa nail olmaq niyyətindədirlər.Çayçılıqda budanma əsas aqrotexniki tədbir olmaqla onun təsiri ilə çay bitkisi istənilən formanı alır, vegetativ orqanların inkişafı sürətlənir, nəticədə cavan zoğlafımn-fleşərin məhsuldarlığı yüksəlir. Ağır, yüngül və səthi olmaqla 3 cür budama tətbiq olunur.Lənkəran rayonunda çay sahələrinin əksəriyyətinin cavan kollardan ibarət olduğunu nəzərə alaraq indi əsasən səthi budama aparılır. Bu növ budama hər il becərilmə və gübrələnmədən qabaq həyata keçirilir.Mütəxəssislər budamanın optimal müddətdə aparılmasını vacib sayırlar. Vaxtından tez aparılan budanma zamanı budaqların kəsilən hissələri şaxtavurmaya, gec aparıldıqda isə artıq oyanan bitkidə baş verən şirə axını daha çox buxarlanmaya məruz qalır, nəticədə məhsuldarlıq 50 faiz aşağı düşür.Artıq çay plantasiyalarında budama işlərinin 70 faizi başa çatdırılıb. Aparılan aqrotexniki qulluq və becərmə işlərindən sonra mövsümün ilk çay yığımına başlanacaq.Bölgədə ilk çay yığımına mayın əvvəllərində başlanması nəzərdə tutulur.

sia.az

Digər xəbərlər