Dünya bazarlarında neftin qiyməti 4.5 faizdən çox ucuzlaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu ABŞ-ın koronavirusa görə, Avropadan ölkəsinə gələnlərə qadağa qoyulması ilə bağlıdır.Belə ki, Brent markalı neftin qiyməti 4,67% azalaraq bir barelə görə 34,12 dollar, WTI markalı neftin isə qiyməti 4,64%, ucuzlaşaraq bir barel üçün 31,45 dollar olub.Qadağadan sonra neftin dünya bazarında qiyməti daha 5 faiz ucuzlaşıb.Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp martın 13-dən etibarən Avropadan ABŞ-a gələnlərə 30 gün müddətində qadağa qoyacağını açıqlayıb. Onun sözlərinə görə, Avropa Birliyi yayılmış koronavirusa kifayət qədər reaksiya verməyib, ona görə ABŞ tərəfindən müvafiq tədbirlər görülür. Qərar ABŞ-da daimi yaşayış statusu olan şəxslərə, ABŞ vətəndaşlarının yaxın ailə üzvlərinə və bəzi digər şəxslərə şamil edilmir.
sia.az
Şirkətlər bunu uzunmüddətli strategiyaları ilə əlaqələndirirlər...
Rusiyanın sənaye istehsalı ardıcıl ikinci aydır ki, azalıb...