PDF Oxu

İqtisadiyyat

  • 47 070

Azərbaycan “İqtisadi azadlıq indeksi”nə görə top islahatçılar sırasındadır

image

ABŞ-ın “İrs Fondu”nun hazırladığı “İqtisadi azadlıq indeksi”nə görə Azərbaycan bu il mövqeyini 16 pillə yaxşılaşdıraraq dünyada 44-cü pilləyə yüksəlib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, Azərbaycan dünyada “İqtisadi azadlıq indeksi”ni ən çox təkmilləşdirən 11 ölkə sırasındadır.
“Prezident İlham Əliyev tərəfindən aparılan sistemli iqtisadi islahatların daha bir beynəlxalq uğurunun şahidiyik. Çünki “İqtisadi azadlıq indeksi”nin tarixində ölkəmiz qədər irəliləyiş edən ikinci bir ölkə yoxdur. Beləliklə, Azərbaycan əsasən azad ölkələrin sırasında mövqelərini daha da möhkəmləndirib. Azərbaycanın bu irəliləyişi biznes, investisiya azadlığı və fiskal sağlamlıq göstəricilərinə görə əldə etdiyi nailiyyətlərə əsaslanır. Azərbaycan “İqtisadi azadlıq indeksi”nə görə Polşa, Belçika, Portuqaliya, İspaniya və Fransa kimi Avropa ölkələrini geridə qoyub. Ölkəmiz Avropa regionunda “İqtisadi azadlıq indeksi”ni ən çox yaxşılaşdıran ölkə kimi qiymətləndirilib. Azərbaycanın “İqtisadi azadlıq indeksi” Avropanın orta göstəricisinə təxminən bərabərdir. Bu ildən etibarən “İrs Fondu” Azərbaycanı Asiya-Sakit Okean deyil, Avropa ölkəsi kimi qiymətləndirib”, - deyə o bildirib.

sia.az

Digər xəbərlər

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?

İqtisadçı: Rusiyanın altı ayı qalıb...

Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...

Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...

Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...

Neft şirkətləri neftayırma zavodları üçün “beton qalxanlar” tikirlər

Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...

Rusiya biznesləri kütləvi şəkildə Çinə qaçmağa başlayıb

Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...