PDF Oxu

İqtisadiyyat

  • 45 697

Astarada sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 6,8 faiz artıb

image

Astara rayonunda sənayenin əsasını qida məhsulları, kərpic, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri təşkil edir. Ötən il rayonda sənaye sahəsində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 6,8 faiz artaraq 20072,2 min manat təşkil edib.Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, Sənaye məhsulunun 16,6 faizi emal, 82,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,8 dəfə artıb.Sənayedə qeyri-dövlət sektorunun payı 16,6 faiz olub. Ümumi istehsalın 83,2 faizi sənaye məhsulunun istehsalı, 16,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. Sənayedə çalışan muzdlu işçilərin sayı 506 nəfər olub. Onların 27,5 faizi emal, 49,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 22,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində işləyiblər. İşçilərin orta aylıq nominal əməkhaqqısı 38,4 faiz artaraq 394,9 manat təşkil edib.
AZƏRTAC

Digər xəbərlər