İqtisadiyyat

  • 19 420

"Post-pandemiya dövründə yeni iqtisadi modelin tətbiqini müşahidə edəcəyik" ÖZƏL - AÇIQLAMA

image

"Post-pandemiya dövründə yeni iqtisadi modelin tətbiqini müşahidə edəcəyik. Burada sahibkarların daha yaxından dəstəklənməsi ilə bağlı iqtisadiyyatın diversifikasiyası prioriteləri qorunub saxlanılacaq, bu baxımdan Azərbaycanda yeni modelin formalaşmasına gətirib çıxaracaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Vüqar Bayramov ölkədə kölgə iqtisadiyyatının qarşısının alınması ilə bağlı aparılan tədbirlərdən danışarkən deyib.Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış iqtisadi paketin özəlliyi ondan ibarətdir ki, bu yalnız pandemiya dövründə sahibkarlara koronavirus pandemiyasının təsirlərinin minimumlaşdırılması deyil, eyni zamanda strateji olaraq post-pandemiya dövründə sahibkarların daha yaxından dəstəklənməsi istiqamətində fəaliyyəti və tədbirləri nəzərdə tutur: "Bu baxımdan təbii ki, bu tədbirlər sahibkarların və xüsusilə də fərqli sektorlarda pandemiyanın təsir etdiyi sahələrdə çalışan sahibkarların birbaşa dəstəklənməsini həyata keçirəcək. Artıq, vergi güzəştləri ilə bağlı qərar Parlamentdə təsdiq olundu və güman olunur ki, Prezident tərəfindən yaxın vaxtlarda imzalandıqdan sonra qüvvəyə minəcək və bununla da biz post-pandemiya dövründə, eləcə də pandemiya dövründə sahibkarlar üçün vergi güzəştlərinin tətbiq olunmasını müşahidə edə biləcəyik. Bir tərəfdən post-pandemiya dövründə sahibkarların daha yaxından dəstəklənməsi və bütövlükdə sahibkarlıq fəaliyyətinin təşviq edilməsinə xidmət edir, digər tərəfdən bu təbii ki, iqtisadiyyatın ağarması və şəffaflığının gücləndirilməsinə xidmət edir. Nəzərə alsaq ki, ölkə Prezidenti tərəfindən dövlət büdcəsində yeni gəlir mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı göstəriş verilib, burada məqsəd də ondan ibarətdir ki, post-pandemiya dövründə iqtisadiyyatdakı şəffaflığın gücləndirilməsinin fiskal baxımdan da təsirləri olsun və dövlət büdcəsinə daxilolmalara birbaşa təsir göstərsin".Millət vəkili qeyd edib ki, post-pandemiya dövründə iqtisadiyyatın diversifikasiyası, şəffaflığının gücləndirilməsi ilə bağlı tədbirlər daha da prioritet olacaq: "Xüsusilə də nəzərə alsaq ki, Azərbaycan Prezidenti 2020-ci ili dərinləşmiş islahatların davam etdirilməsi ili kimi xarakterizə edib, qiymətləndirib, bu o deməkdir ki, biz pandemiyadan sonra islahatların dərinləşməsini müşahidə edəcəyik. Bu da şəffaflığın gücləndirilməsinə xidmət edəcək. Təbii ki, bu fiskal gəlirlərimizə də birbaşa təsir göstərəcək. Xüsusilə də, 2019-cu ildə gizli iqtisadiyyata qarşı aparılan mübarizə həmin il 170 min yeni əmək müqaviləsinin imzalanmasına gətirib çıxarmaqla yanaşı dövlət büdcəsinə nəzərdə tutulandan 1 milyard manatdan artıq vəsaitin daxil olmasına imkan verdi. Pandemiyaya baxmayaraq, 2020-ci ilin 4 ayın yekunlarında da büdcəyə nəzərdə tutulandan daha çox vəsaiti cəlb etmək mümkün olub. Eyni zamanda bu müddətdə 100 mindən artıq yeni əmək müqaviləsi bağanıb. Bu da ondan xəbər verir ki, iqtisadiyyatın ağarması, şəffaflığın gücləndirilməsi həm qeyri-rəsmi məşğulluğun səviyyəsinin azalmasına, həm də rəsmi məşğulluğun miqyasının genişləndirilməsi ilə gizli iqtisadiyyatın miqyasının kiçildilməsinə, eyni zamanda büdcəyə daxilolmalara birbaşa təsir göstərir. Bu dayanıqlı iqtisadi inkişafı modelinin formalaşması baxımından vacibdir".Vüqar Bayramov əlavə edib ki, Azərbaycan post-pandemiya dövründə yeni iqtisadi modeli tətbiq edəcək: "Yeni iqtisadi modeldə sahibkarların daha yaxından dəstəklənməsi, prioritet sektorların dəstəklənməsi ilə bağlı fəaliyyətin gücləndirilməsi, eyni zamanda iqtisadiyatdakı şəffaflığın ağarmasının dəstəklənməsi və genişləndirilməsi ilə bağlı dərinləşmiş islahatların davam etdirilməsindən ibarət olacaq. Bu da təbii ki, xüsusilə də, inkluziv iqtisadi sistemin gücləndirilməsinə gətirib çıxaracaq. Biz post-pandemiya dövründə yeni iqtisadi modelin tətbiqini müşahidə edəcəyik. Burada sahibkarların daha yaxından dəstəklənməsi ilə bağlı iqtisadiyyatın diversifikasiyası prioriteləri qorunub saxlanılacaq, bu baxımdan Azərbaycanda yeni modelin formalaşmasına gətirib çıxaracaq".

sia.az

Digər xəbərlər