İqtisadiyyat

  • 16 888

"Şəffaflıq iqtisadiyyatdan gözlədiyimizi əldə etməyə imkan verəcək" ÖZƏL - AÇIQLAMA

image

"Dövlətin artıq, daha mükəmməl, daha ağ və daha səlis bütün qeydiyyatın aparılması istiqamətində gördüyü işlər nəticəsində iqtisadiyyatdan da gözlədiyimiz uğurları edə biləcəyik". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Məzahir Əfəndiyev ölkədə iqtisadiyyatın aşkarlığı istiqamətində görüləcək işlərdən danışarkən deyib.Onun sözlərinə görə, Azərbaycanda koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyət, eləcə də bu pandemiya halı ilə bağlı iqtisadiyyatda olan gərginliklər, həmçinin müəyyən problemlər iqtisadiyyatın qarşısında qoyduğu çətin sualları aydınlaşdırmaq üçün heç şübhəsiz ki, zamana ehtiyacımız olacaq: "Ölkə iqtisadiyyatının birinci rübünün sonluğuna dair göstəricilər də onu ortaya qoydu ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdir və bu mövcud dayanıqlılıq da özünü bu şəkildə biruzə verdi. Hətta bildirmək istərdim ki, proqnozlardan da məlum olduğu kimi büdcəyə daxilolmalar artım vəsaitlərinin qəbul olunması ilə yekunlaşdı. Lakin bu günlərdə, şübhəssiz ki, İqtisadiyyat Nazirliyinin də açıqladığı kimi pandemiya ilə əlaqədar ölkə iqtisadiyyatı hər gün 100 milyondan artıq vəsaitlə ziyana uğramış olur. Statistikalara əsasən müəyyən olunub ki, artıq bir qədər problemlərimiz var".Millət vəkili vurğulayıb ki, hazırda problemlər üzrə artıq araşdırmalar aparılır və bu araşdırmalar nəticəsində də problemlərin aradan qaldırılması istiqamətdində işlər müəyyənləşir: "Ölkədə istər işsizlik səviyyəsinin müəyyənləşməsi və işsiz şəxslərin siyahıya alınması ilə bağlı, istər kölgə iqtisadiyyatı ilə bağlı müəyyən problemlərin də olduğu üzə çıxdı. Buna görə də, post-pandemiya dövründə, məhz, iqtisadiyyata əsaslanmış düzgün istiqamət Azərbaycan iqtisadiyyatının şəffaflaşmasına gətirib çıxaracaqdır. Belə ki, ən əsası işçi kimi fəaliyyət göstərən, lakin, rəsmi qeydiyyatda olmayan şəxslər yeni mərhələdə artıq rəsmi olaraq qeydiyyata alınacaqlar. Bu da iqtisadiyyatın kölgədən çıxarılması istiqamətində mühüm addımların əsasını təşkil edəcək. Dövlətin artıq, daha mükəmməl, daha şəffaf və daha səlis qeydiyyatın aparılması istiqamətində gördüyü işlər nəticəsində iqtisadiyyatdan da gözlədiyimiz uğurları edə biləcəyik".

sia.az

Digər xəbərlər