PDF Oxu

İqtisadiyyat

  • 18 330

Yevlaxda bu günədək 2166,7 hektar sahədə səpin aparılıb

image

Yevlax rayonunda çiyid səpini davam edir. Yevlaxlı pambıqçılar bu günədək 2166,7 hektarda səpin həyata keçiriblər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayon ərazilərində 2230,57 hektar sahədə “ağ qızıl” becərilməsi nəzərdə tutulub. Pambıq istehsalçı ilə 1680,57 hektarı “MKT İstehsalat Kommersiya” MMC və 550 hektarı “P-Aqro” MMC ilə olmaqla müqavilə bağlanıb. Bağlanan müqaviləyə əsasən, fermerlər lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Rayonda səpinə kifayət qədər səpin aqreqatı cəlb olunub və səpin işlərinin qısa müddətinə başa çatdırılacağı planlaşdırılır. Artıq sahələrin 1380 hektarında bitiş alınıb və becərmə işlərinə başlanıb. Yevlax pambıqçılarının builki hədəfi hər hektardan 30 sentnerdən çox olmaqla, 7 min ton məhsul istehsal etməkdir.Qeyd edək ki, 2019-cu ildə Yevlax rayonunda 2406,8 hektar sahədə pambıq becərilib, 6347,8 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 26,4 sentner olub.
AZƏRTAC

Digər xəbərlər

The Financial Times: Çin niyə rekord sürətlə qızıl alır?

Ölkə səkkiz ayda 1000 tondan çox qızıl idxal edib...

Ukrayna neft məhsullarını Macarıstanda saxlayacaq...

Kiyev və Budapeşt Karpat Səkkizliyi sammiti çərçivəsində müqavilə imzaladılar...

Wildberries və Ozon çoxsaylı məhkəmə iddiaları ilə üzləşib

Anbarlara PUA-ların hücumundan sonra məhkəmə iddiaları “töküldü”...

Rusiya qaçılmaz çöküşə doğru gedir...

Kreml artan yükün öhdəsindən gələ bilmir...

Bazar nikbinlik üçün səbəb tapdı...

Səudiyyə Ərəbistanı neft qiymətlərini dəyişdirdi. Brent markalı xam neftin fyuçersləri ardıcıl üçüncü gündür ki, ucuzlaşıb...