İqtisadiyyat

  • 10 021

"Azərbaycan 31,5 milyard kubmetr mavi qazı Türkiyə və Avropaya çıxarmaq niyyətindədir" ÖZƏL - MÜNASİBƏT

image

"Azərbaycan bütövlükdə "Cənub Qaz Dəhlizi" vasitəsilə 31,5 milyard kubmetr mavi qazı Türkiyə və Avropa məkanına çıxarmaq niyyətindədir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov deyib.Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə neft idxalında birinci olmaqla yanaşı eyni zamanda Türkiyənin enerji sistemində ən çox investisiya edən ölkələrdən biridir:"Nəzərə alsaq ki, Azərbaycan tərəfindən son illər ərzində Türkiyə iqtisadiyyatına 15 milyard dollardan artıq sərmaya qoyuluşu həyata keçirilib. Xüsusilə də, Dövlət Neft Şirkəti tərəfindən Türkiyədə zavodun inşa edilməsi və Türkiyənin daxili bazarında enerji məhsullarına olan tələb Azərbycanın payının artmasına gətirib çıxarıb. Azərbaycan Türkiyənin enerji sektorunda aparıcı tərəfdaşlardan birinə çevrilib. Eyni zamanda, ölkəmiz Avropanın da enerji təhlükəsizliyinə töhfə verən ölkələrdəndir. Nəzərə alsaq ki, Azərbaycan İtaliya vasitəsilə bir sıra Avropa ölkələrinə öz neftini ixrac edir, neft ixracı nəticəsində ölkəyə valyutanın daxil olmasına imkan yaratmaqla yanaşı, eyni zamanda, xüsusilə də bizim üçün starateji müttəfiq olan ölkələrin enerji təhlükəsizliyinə də töhfə vermiş olur".Millət vəkili qeyd edib ki, Azərbaycan həm də mavi qazı ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək:"TANAP vasitəsilə artıq Azərbaycanın mavi qazı Türkiyə bazarına çıxarılır. TAP vasitəsilə isə Azərbaycan Avropa bazarına xüsusilə də İtaliyaya mavi qaz ixrac etmək imkanlarına malik olacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan bütövlükdə "Cənub Qaz Dəhlizi" vasitəsilə 31,5 milyard kubmetr mavi qazı Türkiyə və Avropa məkanına çıxarmaq niyyətindədir. Bu da Azərbaycanın dövlət gəlirlərinin artmasına gətirib çıxaracaq faktorlardan biri olacaq. Bu baxımdan, Azərbaycan əsas aparıcı enerji ölkələrindən biri olaraq qalmaqdadır. Növbəti illərdə də Türkiyə və bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verməkdə davam edəcəyik".

sia.az

Digər xəbərlər