İqtisadiyyat

  • 9 760

“Azərbaycan Avropa birliyinin enerji təhlükəsizliyinə töhvə verən ölkədir” ÖZƏL-MÜNASİBƏT

image

“Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Nəzərə alsaq ki, Azərbaycanın ümumi ticarət dövriyyəsinin 40 faizindən çoxu Avropa Birliyinin payına düşür, eyni zamanda Azərbaycan ixracatının təxminən yarısı məhz Avropa Birliyinə yönəlib, həmçinin Azərbaycan Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq edir və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən əməkdaşlıqdan da biri də iqtisadi inteqrasiya və standartların uyğunlaşdırılması istiqamətidir. Həmin istiqamətdə də Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa Birliyi ilə məhz standartların tətbiq edilməsi istiqamətində əməkdaşlığı davam etdirir. Eyni zamanda təbii ki, Avropa Birliyi Azərbaycan üçün əsas yeni bazardır. Bu sözləri SİA-ya verdiyi açıqlamada iqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov deyib.Millət vəkilinin sözlərinə görə, nəzərə alsaq ki, Avropa Birliyi 500 milyondan artıq istehlakçısı olan bir bazardır və Azərbaycan məhsullarının Avropa Birliyi ölkələri bazarına daxil olması əsas prioritetlərdən biridir, rəqabətli bazardır, bu bazar rentabellidir və xüsusən, qeyri-neft sektorunda çalışan sahibkarlar üçün də gəlir əldə etmək imkanları daha genişdir.“Təbii ki, Azərbaycan da Avropa birliyinin enerji təhlükəsizliyinə töhvə verən ölkədir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi Avropanın və xüsusən Cənubi Avropanın enerji təhlükəsizliyinə birbaşa töhfə verəcək. Artıq bu il ərzində məhz TAP-ın tikintisinin tamamlanması və artıq mavi qazın son olaraq İtaliya bazarına çıxarılacağı gözlənilir. Bu da nəticə etibarı ilə imkan verəcək ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeni alternativ mənbə rolunu oynasın. Xüsusən, nəzərə alsaq ki, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti 31,5 milyard kubmetrdir illik olaraq və birinci mərhələdə Avropaya 10 milyard, ikinci mərhələdə 20 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur və bu da nəticə etibarı ilə Azərbaycanın Avropa Birliyi arasında əməkdaslığın gücləndirilməsi ilə yanaşı, təbii ki, Azərbaycanın Avropanın təhlükəsizliyinə töhfəsinin yüksəlməsinə, artmasına gətirib çıxaracaq. Bu isə ondan xəbər verir ki, tərəflər arasında əməkdaşlıq stratejidir. Eyni zamanda təbii ki, tərəflərin müstəqil mövqeyinin qorunması kontekstindən də münasibətlər inkişaf etdirilir və Azərbaycan prezidentinin də dəfələrlə qeyd etdiyi kimi Azərbaycan müstəqil şəkildə xarici siyasətini qurur. Eyni zamanda xarici iqtisadi siyasətinin qurulmasında da Azərbaycan müstəqil mövqe nümayiş etdirir və təbii ki, bu ondan xəbər verir ki, Azərbaycan müstəqil mövqeyini qorumaqla növbəti mərhələdə də strateji olaraq Avropa Birliyi ilə əməkdaşlığın dərinləşməsini həyata keçirəcək”, deyə Vüqar Bayramov bildirib.

sia.az

Digər xəbərlər