İqtisadiyyat

  • 14 277

Bu ilin birinci yarısında Astarada heyvandarlıq məhsullarının istehsalı artıb

image

Bu ilin birinci yarısında Astara rayonunda 40799 baş iribuynuzlu mal-qara, o cümlədən 19855 baş inək və camış, 22389 baş davar qeydə alınıb. Ötən illə müqayisədə rayonda iribuynuzlu mal-qaranın sayı 479 baş (1,2 faiz), o cümlədən inək və camışların sayı 78 baş (0,4 faiz), davarların sayı isə 1224 baş (5,8 faiz) artıb.Bu barədə Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda diri çəkidə ət istehsalı 2,3 faiz artaraq 1988,5 ton, süd istehsalı 0,5 faiz artaraq 13746,4 ton, yumurta istehsalı 0,1 faiz artaraq 4518,0 min ədəd, yun istehsalı isə 5,9 faiz artaraq 18,0 ton olub.
AZƏRTAC

Digər xəbərlər