Samir Şərifov: Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində kifayət qədər maliyyə ehtiyatımız formalaşıb

“Azərbaycan dövləti hazırda sərəncamda olan bütün maliyyə ehtiyatlarından istifadə edir. Biz heç bir xarici kredit üçün müraciət etməmişik. Yalnız öz vəsaitimizdən istifadə edirik. Bu bir daha göstərir ki, son illərdə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində kifayət qədər maliyyə ehtiyatımız formalaşıb”. Bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.Nazir bildirib ki, mövcud pandemiya şəraitində iqtisadiyyatımızın əlavə maliyyə dəstəyinə ehtiyacı yaranıb. Bunun üçün maliyyə intizamına ciddi riayət olunmalıdır.

yap.org.az