"Yalnız bu halda iqtisadi aktivliyin tam bərpasına mümkündür" ÖZƏL - AÇIQLAMA

"Sahibkarların bu qaydalara əməl etməsi və nəzarət etməsi olduqca əhəmiyyətlidir. Bunları hər bir vətəndaş və sahibkar edərsə, əminəm ki, iqtisadi açılımların mərhələli şəkildə keçirilməsi və bütövlükdə iqtisadi aktivliyin tam bərpasına nail olunması mümkündür". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov qeyri-ərzaq mağazalarının fəaliyyətə başlamasının büdcə daxilolmalarına hansı dərəcədə təsir edə biləcəyindən danışarkən deyib.Onun sözlərinə görə, bütövlükdə iqtisadi aktivliyin bərpa edilməsi vergi daxilolmalarına müsbət təsir göstərir: "Çünki, iqtisadi aktivlik daxil olduqca dövriyyə artır və nəticədə büdcəyə qeyri-neft sektorundan daxilolmaların artmasına gətirib çıxarır. Bu baxımdan əslində pandemiya həm də iqtisadi bir məsələdir. Pandemiya qlobal, eləcə də milli iqtisadiyyata mənfi təsir göstərməkdədir. Bu baxımdan yoluxma saylarının azalması və iqtisadi aktivliyin bərpa edilməsi baxımından vacibdir. Biz hər birimiz qaydalara əməl etməklə yoluxma sayının azalmasına nail ola bilərik. Yoluxma sayının azalması sərt karantin tədbirlərinin yumşalmasına və iqtisadi aktivliyin bərpa edilməsinə imkan yarada bilər ki, bu da həm dövlət büdcəsinə daxilolmalar baxımından vacibdir, həm də sahibkarların və həmin sahibkarlıq subyektlərində çalışanların gəlirlərinin artması baxımından əhəmiyyyətlidir. Ən əsası bu real sektorda məşğulluğun təminatı baxımından vacib hesab olunur. Bu baxımdan təbii ki, iqtisadi aktivlik həm fiskal baxımdan, həm də iqtisadi baxımdan əhəmiyyətli hesab olunur".Millət vəkili vurğulayıb ki, növbəti dövrlərdə iqtisadi açılımların davam etdirilməsi dövlət gəlirlərimizə müsbət təsir göstərəcək: "Təbii ki, xüsusilə də payız aylarında bizim virusdan qorunmaqla bağlı qaydalara, o cümlədən, tibbi maskdan istifadə etməyimiz, sosial məsafəni gözləməyimiz, sanitar-gigiyenik qaydalara əməl etməyimiz çox vacibdir. Sahibkarların bu qaydalara əməl etməsi və nəzarət etməsi olduqca əhəmiyyətlidir. Bunları hər bir vətəndaş və sahibkar edərsə, əminəm ki, iqtisadi açılımların mərhələli şəkildə keçirilməsi və bütövlükdə iqtisadi aktivliyin tam bərpasına nail olunması mümkündür. Bu da təbii ki, sahibkarlığın inkişafı, həm də büdcə gəlirlərimizin artması baxımından vacib hesab olunur".

sia.az