İqtisadiyyat

  • 19 131

Son 17 ildə Azərbaycandakı iqtisadi artım nadir hallarda rast gəlinən artımdır - ŞƏRH ÖZƏL

image

"Bu gün Azərbaycan prezidenti cənab İlham Əliyevin dövlət başçısı seçilməsinin 17 ili tamam olur. Bu 17 il ərzində Azərbaycan iqtisadiyyatı kifayət qədər ciddi inkişaf yolu keçib. Son 17 ildə Azərbaycan iqtisadiyyatı 3,5 dəfə, qeyri-neft sektoru 2,9 dəfə sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,4 dəfə artıb. Eyni zamanda əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 2,9 dəfə, Dövlət büdcəsinin gəlirləri 20 dəfə, əhalinin normal gəlirləri 9,9 dəfə, iqtisadiyyatın kreditləşməsi 22,8 dəfə artıb. İşsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizə qədər, yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizə qədər azalıb". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.Ekspertin sözlərinə görə, ölkə Prezidentinin Azərbaycana rəhbərlik etdiyi son 17 ildə 2,7 milyon yeni iş yerləri yaradılıb və həmçinin həyata keçirilən islahatlar nəticəsində minimum pensiya məbləği 200 manata, minimum əmək haqqı məbləği 250 manata qədər yüksəlib: "Normal orta aylıq əmək haqqı məbləği isə hazırda 700 manatdan çoxdur. Rəqəmlər göstərir ki, Azərbaycan iqtisadiyyatı son 17 ildə kifayət qədər ciddi inkişaf yolu keçib. Xüsusən də fizikal gəlirlərimizdə müşahidə edilən artım və dövlət gəlirlərinin 20 dəfə artması kifayət qədər ciddi bir rəqəmdir. Belə bir artım digər ölkələrin təcrübəsində çox nadir hallarda rast gəlinən artımdır. Eyni zamanda 2014-cü ildən sonra post-neft dövründə Azərbaycanda dərinləşmiş islahatlar qeyri-neft sektorunun payının artmasına imkan verib".V.Bayramov vurğulayıb ki, biz son illər mütəmadi olaraq mərhələli şəkildə qeyri-neft sektorunun payında artımlar müşahidə edirik ki, artıq qeyri-neft sektorunun ümumdaxili məhsuldakı payı 70 faizə yaxınlaşır: "Büdcə gəlirlərində qeyri-neft sektorunun payı 45 faizə yaxındır. Bu da öz növbəsində ondan xəbər verir ki, artıq iqtisadiyyatın dayanıqlılığı və həmçinin inkluziv iqtisadi artımın formalaşması uzunmüddətli dövrdə makro-iqtisadi stabilliyinin qorunması ilə bağlı ciddi baza formalaşdırıb. Eləcə də Azərbaycan dövlət rezervləri 50 milyard dollara yaxındır. Bu da o deməkdir ki, Azərbaycanın xarici valyuta ehtiyyatları onun ümumdaxili məhsulu qədərdir. Növbəti illərdə biz Azərbaycan iqtisadiyyatının dayanıqlı şəkildə inkişafının davam edəcəyini proqnozlaşdırırıq və növbəti illərdə də Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı yeni inkişaf uğurlarına imza atacaq. Bu da nəticə etibarilə qeyri-neft sektorunun payının artırılmasında özünü ehtiva edəcəkdir".

sia.az

Digər xəbərlər