PDF Oxu

İqtisadiyyat

  • 7 983

Azərbaycan Gürcüstana təmənnasız 100 ton maye tibbi oksigen ayırıb

image

Azərbaycan Gürcüstana təmənnasız olaraq 100 ton maye tibbi oksigen ayırıb.SİA xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.Bildirilib ki, yaxın gələcəkdə Azərbaycandan quru və dəmir yolu vasitəsilə müəyyən miqdarda maye tibbi oksigenin Gürcüstana göndərilməsi planlaşdırılır.“Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi müvafiq işləri həyata keçirib və dost ölkəmizin hökumətinin köməkliyi ilə operativ şəkildə müvafiq miqdarda maye tibbi oksigen tədarükünə müvəffəq olunub. Gürcüstan Səfirliyi Gürcüstanın klinikalarına təmənnasız olaraq 100 ton maye tibbi oksigen ayırdığı və öz hesabına yükün Gürcüstana daşınmasını təmin etdiyi üçün “Baku Steel” şirkətinə öz minnətdarlığını bildirir. Qeyd etmək lazımdır ki, strateji tərəfdaş ölkəmizin Nazirlər Kabineti, müvafiq dövlət strukturları - İqtisadiyyat və Fövqəladə Hallar Nazirlikləri, Dəmir Yolu və Gömrük Komitəsi bu zəhmətli prosesə xüsusi töhfə verib.Gürcüstan və Azərbaycan tərəfləri Gürcüstanın səhiyyə sektorundakı COVID-19 klinikalarına maye tibbi oksigen tədarükü çatışmazlığının qarşısını almaq üçün sıx əməkdaşlıq etməyə davam edirlər. Yaxın gələcəkdə Azərbaycandan quru və dəmir yolu vasitəsilə müəyyən miqdarda maye tibbi oksigenin Gürcüstana göndərilməsi planlaşdırılır”, - deyə səfirliyin məlumatında bildirilib.

sia.az

Digər xəbərlər

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?

İqtisadçı: Rusiyanın altı ayı qalıb...

Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...

Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...

Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...

Neft şirkətləri neftayırma zavodları üçün “beton qalxanlar” tikirlər

Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...

Rusiya biznesləri kütləvi şəkildə Çinə qaçmağa başlayıb

Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...

Rusiyadakı yanacaq böhranı Monqolustana da yayılıb

Ölkə yanacağının təxminən 95 faizini Rusiyadan idxal edir...