PDF Oxu

İqtisadiyyat

  • 3 718

Neftçalada 818 tondan çox nar yığılıb

Neftçalada 818 tondan çox nar yığılıb

Neftçalada təsərrüfatın digər sahələri ilə yanaşı bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən ilə rayonda mövcud olan 595.8 hektar çoxillik meyvə bağlarından 1871.2 ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də meyvə sahələrindən bol məhsul götürmək üçün bütün texniki tədbirləri vaxtında və nümunəvi şəkildə həyata keçiriblər. Bunun nəticəsində də bağlarda meyvə bol olub.Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, xeyli vaxtdır neftçalalı bağbanlar yetişdirdikləri məhsulun yığımını aparır. Bağbanlar cari ilin ötən ayları ərzində 1871.2 ton məhsul toplayıblar. Tədarük olunan meyvənin 118.1 tonunu alma, 46.8 tonunu armud, 57.9 tonunu ərik, 11.4 tonunu albalı, 26.8 tonunu şaftalı, 230.1 tonunu gavalı, 166.8 tonunu alça, 26.6 tonunu gilas, 20.8 tonunu fındıq, 818.9 tonunu nar, 203.8 tonunu heyva, 4.6 tonunu qoz, 126.6 tonunu xurma 112 tonunu isə digər meyvələr təşkil edib. Rayonda meyvə yığımı davam edir.

AZƏRTAC

Digər xəbərlər