İmişlidə pambıq yığımı yekunlaşmaq üzrədir. Artıq sahələrdə sonuncu yığım gedir və hər gün plantasiyalardan 13-14 ton məhsul toplanaraq qəbul məntəqələrinə göndərilir.Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 7 min 923.8 hektar sahədə pambıq əkilib. Ötən il sahələrdən 19 min 703 tondan çox məhsul toplayan fermerlər cari təsərrüfat ilində də sahələrdən daha çox məhsul götürmək üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu il tarlalarda məhsul bol olub. Yığıma mütəşəkkil başlayan “ağ qızıl” ustaları indiyədək sahələrdən 23 min 376 ton məhsul toplayıblar. Hər hektarın məhsuldarlığı 29.7 sentner olub. Tədarük olunan pambığın 80-85 faizi maşınların köməyi ilə toplanılıb.Məzrili kənd sakini, təcrübəli pambıqçı Valid Hüseynov rayonda ən yüksək məhsuldarlığa nail olan fermerlərdəndir. O, ötən il becərdiyi pambıq sahəsinin hər hektarından 45 sentner məhsul götürüb. Fermerin sahəsində bu ildə pambıq çox olub.“Rayon üzrə ən yüksək məhsuldarlığa nail olan fermerlə sırasındayam. Bu il 13 hektar sahədə pambıq becərmişəm. Bitkini aqrotexniki qaydada becərdiyimdən sahəmdə məhsul bol olub. İndiyədək plantasiyadan 65 tondan çox pambıq toplayaraq yığımı başa çatdırmışam. Hər hektarın məhsuldarlığı 55 sentner olub”, - deyə fermer bildirib.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...