PDF Oxu

İqtisadiyyat

  • 4 556

Biləsuvarda 22 min hektardan çox sahədə payızlıq taxıl əkini aparılıb

Biləsuvarda 22 min hektardan çox sahədə payızlıq taxıl əkini aparılıb

Biləsuvarda gələn ilin məhsulu üçün payızlıq taxıl səpini sürətlə davam edir.Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə zəmilərdən 82 min138 ton taxıl yığan əkinçilər növbəti ilində bu göstəricini daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Bu məqsədlə 32 min hektar sahədə keyfiyyətli şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin üçün lazım olan müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar. İşin yaxşı təşkili nəticəsində məhsul istehsalçıları qısa müddətdə 22 min 259 hektar sahəyə toxum səpiblər ki, bunun da 9 min 568 hektarı arpa, 12 min 691 hektarı isə buğdadır. Rayonda fəaliyyət göstərən fermerlər səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər ediblər.Qeyd edək ki, bu il Biləsuvarda 32 min hektar sahədə taxıl əkilməsi planlaşdırılıb.

AZƏRTAC

Digər xəbərlər