PDF Oxu

İqtisadiyyat

  • 5 196

Fövqəladə Hallar Nazirliyi Suqovuşan su anbarını nəzarətə götürüb

Fövqəladə Hallar Nazirliyi Suqovuşan su anbarını nəzarətə götürüb

Fövqəladə Hallar Nazirliyi Suqovuşan su anbarını nəzarətə götürüb.SİA-nın məlumatına görə, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib.O bildirib ki, "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli fərmanının 6.1-ci bəndinin icrasının aidiyyəti üzrə təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb: "Belə ki, su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejimi tətbiq edilir".

sia.az

Digər xəbərlər