Gələn il Bakıya daha 355 yeni avtobus gətiriləcək. Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.Məlumatda bildirilir ki, paytaxtın marşrut şəbəkəsi üçün yenilik hesab olunan BMC markalı Neocity 9 metrlik sərnişin avtobuslarının alınması sayəsində mümkün olacaq.Avtobusların paytaxta çatdırılmasına növbəti aylardan başlanılacaq. Bakı Nəqliyyat Agentliyi ilə qardaş Türkiyə respublikasınını “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında imzalanan müqaviləyə əsasən 2021-ci ildə şəhərimizə ümumilikdə 205 ədədi 9, 150 ədəd isə 12 metr olan sərnişin avtobusları alınacaq.Müqavilə Dekabrın 10-da Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə imzalanıb. Bundan dərhal sonra isə BMC markalı Neocity 9 metrlik avtobusa sınaq baxışı keçirilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti qardaş ölkənin İzmir şəhərinə səfər edib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...