İqtisadiyyat

  • 3 451

"Dövlət əhalinin sosial müdafiəsi tədbirlərini də gücləndirir" - ŞƏRH ÖZƏL

image

"Tarif Şurasının qərarına əsasən bu gündən Aİ-92 benzinin qiyməti 10 qəpik, dizel yanacağının qiyməti 20 qəpik artırılıb. Təbii ki, yanacağın qiymətinin artırılması cəmiyyət tərəfindən müxtəlif fikirlərlə qarşılanır. Bu, başa düşüləndir. Çünki, avtomobil istifadəçiləri yanacağın hər litrinə görə əlavə vəsait ödəyəcəklər. Amma nə qədər müxtəlif fikirlər müzakirə olunsa da fakt odur ki, qəbul olunmuş qərar qüvvəyə minib və bütün istehlakçılar bu gündən Aİ-92 benzini 1 manata, dizel yanacağı 80 qəpiyə alacaqlar. Yanacağın qiymətinin artımı müəyyən qədər qiymət artımına da gətirə bilər. Amma dövlət yanacağın qiymətinin artırması ilə paralel olaraq ölkədə kəskin qiymət artımının baş verməməsi üçün qabaqlayıcı tədbirlər görür". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.Deputat bildirib ki, ictimai nəqliyyatda qiymət artımının baş verməməsi üçün ictimai nəqliyyat xidməti göstərən şirkətlərə subsidiya ödəniləcəkdir: "Kənd təsərrüfatı məhsullarının istehsalının maya dəyərinin artmaması üçün isə həmin sahəyə verilən subsidiyalara da yenidən baxılacaqdır. Həmçinin əhalinin az təminatlı təbəqəsinin alacağı müavinətlər, pensiyalar və təqaüdlər artırılıb. Yəni, dövlət yanacağın qiymətinin artırması ilə yanaşı əhalinin sosial müdafiəsi tədbirlərini də gücləndirir. Həm də qeyd etməliyəm ki, 2020-ci ildə bu kateqoriyaya aid insanların müavinətlərinin artırılmasına dair addımlar artırılıb. Məsələn, şəhid ailələrinə verilən aylıq müavinət 300 manatdan 500 manata , Milli Qhrəmanlara verilən Prezident təqaüdü 1500 manatdan 1800 manata çatdırılıb. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb və bu istiqamətdə görülən işlərin siyahısını daha da genişləndirmək olar. Yanacağın qiymətinin artımı düşünürəm ki, ailələrə çox təsir etməyəcək. Amma bu artımdan dövlət büdcəsinə gələcək gəlirlər isə yenidən əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcəkdir".A.Badamov vurğulayıb ki, yanacağın qiyməti artanda biz region və dünyadakı vəziyyəti ilə ölkəmizi müqayisə edirik: "Düşünürəm bu daxili bazarı qorumaq baxımından düzgün yanaşmadır. 2020-ci ildə dünya bazarlarında benzinin qiyməti 14% artıb. Azərbaycanda isə benzinin qiymətində axırıncı artım 2017-ci ildə, dizel yanacağında 2013-cü ildə olub. Qonşu ölkələrdə isə benzinin və dizel yanacağının qiymətində 2020-cil ildə də müəyyən qədər artaraq baha olması bu məhsulların qeyri-qanuni yollarla ölkəmizdən çıxarılmasını artırıb. Bu da müəyyən vaxtdan sonra daxili bazarda qıtlığın yaranmasına gətirib çıxarır. Bu baxımdan Tarif Şurasının qərarı başa düşüləndir".

sia.az

Digər xəbərlər