Füzuli Beynəlxalq Hava Limanının ərazisinin 100 min kvadratmetr sahəsinin minalardan təmizlənməsi ilə bağlı tədbirlər həyata keçirilir.Bunu AZAL-ın vitse-prezidenti Etibar Hüseynov deyib.Bu məqsədlə xarici ölkələrdən mütəxəssislər dəvət olunub. Ərazinin minalardan təmizlənməsinin sürətlənməsi məqsədilə İngiltərə istehsalı olan "AARDVARK" modelli mexanizm alınaraq əraziyə gətirilib. Hazırda minalardan təmizlənən ərazilərdə uçuş enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işlərinə başlanıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...