İqtisadiyyat

  • 7 025

Bəzi elektrik yarımstansiyalarında yenidənqurma işləri aparılır

image

Ölkədəki bəzi elektrik yarımstansiyalarında yenidənqurma işləri aparılır. SİA Energetika Nazirliyinə istinadla xəbər verir ki, "Azərenerji" ASC-nin "Reabilitasiya" proqramı çərçivəsində enerji sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, geniş miqyasda tikinti-quraşdırma, yenidənqurma, təmir-bərpa işlərinin aparılması və zəruri avadanlıqların tədarükü davam edir. Ümumilikdə 12 elektrik stansiyası, 20-dək yarımstansiyada yenidənqurma, təmirbərpa, əsaslı təmir işləri həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Belə ki, "Azərbaycan" istilik elektrik stansiyasının (İES) 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 ədəd enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra istismara verilib. İl ərzində "Mingəçevir" su elektrik stansiyasında (SES) yenidənqurma işləri görülüb - 4 saylı hidroaqreqat əsaslı təmir olunub, 5 saylı hidroaqreqatın sürət tənzimləyicisi, təsirlənmə sistemi, idarəetmə avadanlıqları və mühafizə qurğuları dəyişdirilərək yeni idarəetmə sisteminə keçirilib, 6 saylı hidroaqreqat yeni idarəetmə sisteminə keçirildikdən sonra işə qoşulub, 3 saylı hidroaqreqat cari təmir edilib. 3 saylı hidroaqreqatın su təzyiq borusunun 2 saylı kompensatorları əsaslı təmir olunub. 2 saylı hidroaqreqat əsaslı təmir edilib. Həmçinin hidroaqreqat və köməkçi avadanlıqlar yeni idarəetmə sisteminə keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin hədəf indikatoru və ölkə enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı və Abşeronun elektrik enerjisi ilə təchizatının dayanıqlığını və etibarlılığını maksimum səviyyəyə çatdırmaq məqsədilə gücü 385 meqavat olan "Qobu" elektrik stansiyasının (ES) və 330/220/110 kilovoltluq "Qobu" yarımstansiyasının tikintisi ilə əlaqədar işlər davam etdirilir. 2020-ci il avqustun 21-də "Qobu" elektrik stansiyasının təməli qoyulub. "Qobu" ES-in ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib. "Qobu" ES-in şəbəkəyə inteqrasiyası məqsədilə elektrik verilişi xətlərinin (EVX) tikintisi davam edir. 500 kilovoltluq "Abşeron" yarımstansiyasında tikinti-quraşdırma işləri, 220 kilovoltluq "Hövsan" yarımstansiyasında yenidənqurma işləri aparılır. 220 kilovoltluq "Böyükşor" yarımstansiyasının tikintisi başa çatdırılıb və 3x250 meqavat/amper gücündə 220/110/10 kilovoltluq "Böyükşor" yarımstansiyası, 110/35/10 kilovoltluq "Əhmədli" yarımstansiyası, 110/35/6 kilovoltluq "Dübəndi" yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib. 110 kilovoltluq "8-ci km" yarımstansiyanın tam yenidən qurulması başa çatdırılıb və ötən il iyulun 8-də 2x63 meqavat/amper gücündə 110/35/10 kilovoltluq "8-ci km" yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib. 330 kilovoltluq "Yaşma" yarımstansiyasının yeni layihə sənədlərinə əsasən tam yenidən qurulmasına başlanıb. Yeni 120 meqavat gücündə İdarəolunan Şuntlayıcı Reaktor və avadanlıqları gətirilərək quraşdırılıb, 10 kilovoltluq QPQ binası 3 tikilib. 330 kilovoltluq APQ-in genişləndirilməsi ilə əlaqədar yeni quraşdırılan yuvalarda portallar, avadanlıqların metal-konstruksiyaları yığılmışdır. 330 kilovoltluq 4 saylı EA-nın köhnə CT-ləri yeniləri ilə əvəz olunub.

sia.az

Digər xəbərlər