İqtisadiyyat

  • 5 509

Türkiyə-Gürcüstan-Azərbaycan biznes forumu keçiriləcək

image

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti (ASK) Məmməd Musayev Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.ASK-dan SİA-ya verilən məlumata görə, Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini xatırladan M.Musayev azərbaycanlı iş adamlarının Gürcüstanda böyük investisiyalar yatırdıqlarını da vurğulayıb.Səfir Zurab Pataradze Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib və Şuşanın alınması xəbərinin onun üçün sevindirici olduğunu qeyd edib.Gürcüstanın ölkəmizdəki səfiri bildirib ki, Gürcüstan və Azərbaycan arasında gələcəkdə də iqtisadi münasibətlərin yüksələn xətlə inkişafı üçün mövcud imkanlardan istifadə edilməlidir.Daha sonra səfir bu yaxınlarda Gürcüstanın baş nazirinin Azərbaycana işgüzar səfərinin planlaşdırıldığını bildirmiş, Azərbaycan-Gürcüstan iqtisadi komissiyasının görüşü çərçivəsində biznes-forumun keçirilməsini Konfederasiya prezidentinə təklif edib.M.Musayev Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatında biznes əlaqələrinin davam etdirilməsinin vacibliyini bildirərək, hər üç ölkənin iş adamlarının iştirakı ilə birgə biznes-forum keçirməsini təklif edib.Səfir bu təklifi razılıqla qarşılayaraq, gələcək əməkdaşlıq perspektivləri ilə bağlı öz təklflərini irəli sürüb.Görüşdə Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli biznes forumunun keçirilməsi üçün təşkilatı məsələlərin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

sia.az

Digər xəbərlər