İqtisadiyyat

  • 4 420

“Yoxlamaların dayandırılması dövlətin sahibkarlara dəstəyidir” ÖZƏL-MÜNASİBƏT

image

Sahibkarlıq fəaliyyətində yoxlamaların daha bir il müddətində dayandırılması dövlətin sahibkarlara dəstəyi olaraq qiymətləndirilməlidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, nəzərə alsaq ki, artıq uzun müddətdir bir sıra yoxlamalar, o cümlədən vergi yoxlamamarı istisna olmaqla, digər yoxlamalar dayandırılıb və nəticə etibarı ilə bu da sahibkarın fəaliyyətinə müdaxilələrin, eləcə də yoxlamaların sayının minimumlaşdırılmasına gətirib çıxarıb.
“Təbii ki, məqsəd, bütövlükdə yoxlamaların sayını azaltmaqla, hansı ki, bu, ötən illərdə müşahidə olundu, sahibkarlıq fəaliyyətinin daha da stimullaşdırılmasıdır. Digər tərəfdən isə yeni qəbul edilmiş qaydaya əsasən, hətta gələcəkdə sahibkarlıq fəaliyyətində yoxlamalar müəyyənləşdirilmiş standartlar çərçivəsində bərpa olunsa da belə dövlət qurumları əvvəlki dövrlər üçün və yoxlamamarın qadağan edildiyi dövrlər üçün həmin yoxlamaları aparmaq hüququna malik olmayacaqlar. Bu, olduqca vacib məqamdır və gələcəkdə də sahibkarlıq fəaliyyətinə hərhansı yersiz müdaxiləni ciddi şəkildə minimumlaşdırır. Eyni zamanda bu, sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi və təşviq edilməsi siyasətinin davam etdirilməsinə imkan yaradır. Nəticə etibarı ilə bu ona imkan verir ki, hətta gələcəkdə də belə, sahibkarlıq fəaliyyəti dəstəklənsin və bu, növbəti dövlərdə də dəstəyin təşviq ediləcəyindən xəbər verir”, deyə Vüqar Bayramov bildirib.

sia.az

Digər xəbərlər