CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 29-da 67,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel çoxdur.Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,15 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel çoxdur.
sia.az
Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?