PDF Oxu

İqtisadiyyat

  • 4 964

Regional rəqəmsal hökumətin formalaşdırılması işlərinə başlanılıb

image

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən regional rəqəmsal hökumətin formalaşdırılması işlərinə başlanılıb.SİA xəbər verir ki, yerli icra hakimiyyətləri tərəfindən təqdim edilən xidmətlərdə “ASAN standartları”nın tətbiq edilməsi, o cümlədən bu xidmətlərin “ASAN standartları”nda hazırlanması və sadələşdirilməsi nəzərdə tutulub. Həmçinin, bu xidmətlərin vətəndaşlara elektron qaydada təqdim edilməsi üçün Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal icra hakimiyyəti” portalının yaradılmasına start verib.Regional rəqəmsal hökumət quruculuğunun yekun hədəfi qərar qəbuletmə prosesində çevikliyin artırılması, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çevikliyi və səmərəliliyi təmin etməkdir.Bu məqsədlə Gəncə şəhəri, Quba və Masallı rayonlarında pilot layihə olaraq müvafiq işlərin görülməsinə start verilib. Layihə çərçivəsində vətəndaşlara müvafiq təlimlərin keçirilməsi də nəzərdə tutulub.

sia.az

Digər xəbərlər

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?

İqtisadçı: Rusiyanın altı ayı qalıb...

Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...

Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...

Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...

Neft şirkətləri neftayırma zavodları üçün “beton qalxanlar” tikirlər

Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...

Rusiya biznesləri kütləvi şəkildə Çinə qaçmağa başlayıb

Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...