Pandemiya bütün istehsal sahələrinə təsir göstərib. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov deyib.
Millət vəkili vurğulayıb ki, biz pandemiya dövründə bəzi sahələrdə azalmaları müşahidə etdik.
“Nəzərə alaq ki, Nefçalada qurulan xəzər avtomobilinin, xüsusən də ixracla bağlı planları var. Gözlənilir ki, hətta ilkin qiymətləndirmə ondan ibarətdir ki, illik istehsalın 10 min avtomobilə qədər çatdırılması mümkün olacaq. Ona görə də, əslində biz növbəti illərdə avtomobil istehsalının artmasını müşahidə edə biləcəyik. Təbii ki, burada əsas məqamlardan biri də məhz illik avtomobil istehsalının artırılması və hətta daxili bazarda tələbin ödənilməsi ilə yanaşı, həm də ixrac imkanı, xüsusən də qonşu ölkələrə Xəzər avtomobillərinin ixracatını həyata keçirilməsi nəzərdə tutulur. Ona görə də, bu baxımdan, xüsusən də avtomobil istehsal edən zavodun imkanlarını qiymətləndirsək, biz yenidən yaxın illərdə Azərbaycanda istehsal edilən avtomobillərin sayının sürətli şəkildə artacağını müşahidə edə biləcəyik”, deyə Vüqar Bayramov bildirib.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...