PDF Oxu

İqtisadiyyat

  • 5 246

"Məşğulluq haqqında" qanuna edilən dəyişikliyin üstünlükləri - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

"Məşğulluq haqqında" qanuna edilən dəyişikliyin üstünlükləri - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“12 iyul 2021- ci il tarixində cənab Prezident fərmanı ilə qüvvəyə minmiş “Məşğulluq haqqında” qanunda dəyişikliklərin mahiyyəti özünəməşğulluq proqramının səmərəliyinin artırılması, proqramın həyata keçirilməsinin monitorinqinin aparılması, eyni zamanda proqrama cəlb olunan şəxslərin treyninqlərə cəlb olunması, onlara müvafiq istiqamətlər üzrə tədrisin aparılması və onları biznes fəaliyyətinə hazırlanmaqla bağlı xərclərin müəyyənləşməsi ilə əlaqədardır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.Onun sözlərinə görə, özünəməşğulluq proqramı artıq 4 ildir ki, ölkəmizdə uğurla fəaliyyət göstərir. Bu proqram çərçivəsində 50 minə yaxın şəxsin mikro və ya kiçik sahibkarlıq subyekti yaranıb: “Bunlar hamısı dövlət vəsaiti hesabına və yaxud da dövlət vəsaitinin hesabına alınmış mal və materiallar vasitəsilə həyata keçirilən məşğulluq layihəsidir.Məşğulluq layihəsinin həyata keçirilməsində də məqsəd birinci növbədə işsiz insanların davamlı sosial müdafiəsini təmin etmək, onları məşğul və aktiv sosial həyata cəlb etmək, eyni zamanda gələcəkdə isə onların sahibkara çevrilməsi imkanları yaradılmasından ibarətdir.Edilən dəyişikliklərin də mahiyyəti məhz məşğulluq proqramının səmərəliyinin artırılması, onun monitorinqinin aparılması ilə bağlı maliyyə mənbəyinin müəyyənləşdirilməsi ilə əlaqədardır. Belə bir maliyyə mənbəyi işsizlikdən sığorta fondu vəsaiti hesabına keçiriləcəkdir”.

sia.az

Digər xəbərlər