ABŞ “Şimal Axını-2”-yə qarşı sanksiyaları nəzərdən keçirəcək...

...Almaniya ilə razılaşmadan sonra

Ağ Evin sözçüsü Ceyn Psaki, ABŞ-ın “Şimal axını 2” layihəsi ilə əlaqədar olaraq yeni sanksiya ehtimalını nəzərdən keçirməyə davam etdirəcəyini bildirib. Qeyd edək ki, Ceyn Psaki bu barədə ötən gün keçirdiyi brifinqdə bəyan edib. SİA bunu “İnterfaks”-a istinad edərək yazır.Maraqlıdır ki, bundan əvvəl də mövcud qanunları əsas tutub və buna uyğun olaraq sanksiya tətbiq etdiklərini bildirən Ağ Ev sözçüsü bu sahədə fəaliyyətlərini davam etdirəcəklərini də istisna etməyib.Onu da bildirək ki, Psaki brifinqdə ABŞ-ın əsas vəzifəsi olaraq “Şimal axını 2”-nın geopolitik təsirini azaltmağa yönəldiyini də gizlətməyib.Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ və Almaniya “Şimal axını 2” layihəsi mövzusunda birgə razılığa gəldiklərini söyləmişdilər. Tərəflərin gəldiyi razılığa əsasən, əgər Rusiya “enerjini silah olaraq istifadə etmək və ya Ukraynaya qarşı daha aqressiv hərəkətlərə cəhdlər” edərsə, bu halda Almaniya Rusiyanın ixrac imkanlarını məhdudlaşdırmaq üçün tədbirlər görməyə borcludur.Bundan əlavə, Berlin Kiyevlə Moskva arasında qaz tranziti sazişinin 10 il uzadılmasına kömək etməlidir.

yap.org.az